Şirvan Apellyasiya Məhkəməsi

Şirvan Apellyasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

Şirvan Apellyasiya Məhkəməsinin yeni binası
 



Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Şirvan Məhkəmə Kompleksinin layihəsi hazırlanmışdır. Həmin məhkəmə kompleksində Şirvan Şəhər və Şirvan İnzibati-İqtisadi məhkəmələri ilə birgə Şirvan Apellyasiya Məhkəməsi də yerləşəcəkdir.



Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri:

 

Ağcabədi Rayon Məhkəməsi;

 

Ağsu Rayon Məhkəməsi;

 

Astara Rayon Məhkəməsi;

 

Beyləqan Rayon Məhkəməsi;

 

Biləsuvar Rayon Məhkəməsi;

 

Cəbrayıl Rayon Məhkəməsi;

 

Cəlilabad Rayon Məhkəməsi;

 

Füzuli Rayon Məhkəməsi;

 

Hacıqabul Rayon Məhkəməsi;

 

Xocavənd Rayon Məhkəməsi;

 

İmişli Rayon Məhkəməsi;

 

Kürdəmir Rayon Məhkəməsi;

 

Laçın Rayon Məhkəməsi;

 

Lerik Rayon Məhkəməsi;

 

Lənkəran Rayon Məhkəməsi;

 

Masallı Rayon Məhkəməsi;

 

Neftçala Rayon Məhkəməsi;

 

Saatlı Rayon Məhkəməsi;

 

Sabirabad Rayon Məhkəməsi;

 

Salyan Rayon Məhkəməsi;

 

Şirvan Şəhər Məhkəməsi;

 

Ucar Rayon Məhkəməsi;

 

Yardımlı Rayon Məhkəməsi;

 

Zərdab Rayon Məhkəməsi;

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsi;

 

Cəlilabad Hərbi Məhkəməsi;

 

Füzuli Hərbi Məhkəməsi;

 

Tərtər Hərbi Məhkəməsi (Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);

 

Şirvan İnzibati-İqtisadi Məhkəməsi.